Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi artıb

Yan27,2021

2020-ci ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi beynəlxalq ehtiyatlarının həcmi 6 milyard 369,4 milyon ABŞ dolları təşkil edib.

QİA.AZ-ın AMB-dən əldə etdiyi məlumata görə, beynəlxalq valyuta ehtiyatların həcmi ilin əvvəli ilə müqayisədə 0,5 faiz artıb.

Bankın analitik balans göstəricilərinə əsasən, dövrün sonuna qədər pul bazasının həcmi 15 milyard 52,9 milyon manat təşkil edib və bu, ötən ilin əvvəli ilə müqayisədə 19,4 faiz artıb.

Manatla pul bazasının həcmi isə 13 milyard 564,2 milyon manat olub ki, bu, 2020-ci ilin əvvəlinə nəzərən 17,5 faiz çoxdur.

Dövriyyədə olan nağd pulların həcmi isə 11 milyard 839,7 milyon manat olub. 2019-cu ilin göstəriciləri ilə müqayisədə dövriyyədə olan nağd pul həcmi 13,8 faiz artıb.

Oxşar Xəbərlər