“Məryəm” filminin çəkilişləri tamamlanıb

İyl6,2021

“Məryəm” bədii tammetrajlı filminin çəkilişləri tamamlanıb.

“Azərbaycanfilm Kinostudiyası”ndan QİA.AZ”a verilən məlumata görə, Zaqatala-Balakən bölgəsində təqribən iki aya yaxındır davam edən bədii filmin çəkilişləri artıq yekunlaşıb.

Ssenari müəllifi və rejissoru Elçin Musaoğlunun olduğu filmdə, Məryəm obrazını Təhminə Rafaella, onun atasını isə Ayşad Məmmədov canlandırır. Filmin prodüseri Fariz Əhmədov, təsvir üzrə rejissoru (operator) Orxan Abbasov, rəssam isə Zaur Abdullayevdir.

Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin ən mühim film layihələrinin inkişafı və istehsalı platformalarından biri olan “12 Punto – 2021”, TRT Beynəlxalq Birgə İstehsal Mükafatlarının qaliblərindən biri də, “Azərbaycanfilm Kinostudiyası” və “Sinema Evi” şirkətinin müştərək istehsal etdiyi “Məryəm” tammetrajlı bədii film layihəsi oldu.

Oxşar Xəbərlər