İyunun 10-dan İbadət yerlərinin fəaliyyətinə icazə veriləcək.
“QİA.az” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqdində deyib.
Onun sözlərinə görə, müvafiq məhdudlaşmalar nəzərə alınmaqla açılma olacaq: “Təbii ki, yenə də maska, məsafə və say hədlərində məhdudiyyətlər olacaq”.