Məşhur avtomobil istehsalçısı olan “Nissan Motor” şirkəti xərcləri azaltmaq üçün podratçılara ödənişləri tam etməyib – ümumilikdə şirkətin təxminən 26 milyon dollar borcu yığılıb.
Qeyd olunur ki, Yaponiyada müqaviləni pozaraq, onilliklər ərzində podratçılara ödənişləri tam etməyən “Nissan Motor”a qarşı araşdırma aparılır. Korporasiyanın onu ayrı-ayrı hissələri və birləşmələri ilə təmin edən 30-dan çox şirkətə borcu var. Yaponiya səlahiyyətliləri bunun ölkənin müharibədən sonrakı tarixi boyunca ən böyük belə pozuntu olduğunu bildiriblər.
“Nissan” bu yolla istehsal xərclərini azaltmağa çalışdığını qeyd edərək günahını etiraf edib. Bununla yanaşı, korporasiya iddia edir ki, podratçılara olan borcları artıq ödəyib. Lakin Yaponiya hakimiyyəti “Nissan”a rəsmi xəbərdarlıq edərək, belə halların qarşısını almaq üçün tədbirlər görməyi tələb edir.
Mənbə: Kyodo