Məşhur dizayner 102 yaşında vəfat edib

Mar2,2024 #Ayris Apfel #Dizayner
NEW YORK, NY - FEBRUARY 10: Designer Iris Apfel attends the HSN Fashion Week Lounge At The Empire Hotel on February 10, 2014 in New York City. (Photo by Brad Barket/Getty Images for HSN)

Amerikalı dizayner, kolleksiyaçı, dekor kraliçası və stil ikonası Ayris Apfel ABŞ-nin Florida ştatında 102 yaşında vəfat edib.

QİA.az “Associated Press”ə istinadla xəbər verir ki, dizaynerin ölümü barədə məlumat onun instaqram səhifəsində verilib.

Agentliyin məlumatına əsasən, Apfel parça mütəxəssisi olub. Onun əri ilə birlikdə qurduğu “Old World Weavers” şirkəti tekstil ticarəti və restavrasiya işlərində ixtisaslaşıb.

Qeyd edək ki, Apfel 2005-ci ildə Nyu-York Metropolitan İncəsənət Muzeyindəki sərgisi sayəsində məşhurlaşıb.

Oxşar Xəbərlər