Məşhur futbolçu 3-cü saniyədə sarı vərəqə aldı

Noy17,2020
Məşhur futbolçu 3-cü saniyədə sarı vərəqə aldı

“Boka Xuniors” klubunun futbolçusu Karlos Teves Argentina çempionatında rekord müəyyənləşdirib.

“QİA.AZ” xəbər verir ki, 36 yaşlı hücumçu “Talyeres”lə matçın 3-cü saniyəsində rəqib oyunçunun ayağına zərbə endirdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb.

O, ölkə çempionatı tarixinə ən tez xəbərdarlıq alan oyunçu kimi düşüb.

Qarşılaşma “Boka Xuniors”un 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandanın 2 oyunçusu qırmızı vərəqə görərək meydandan kənarlaşdırılıb.

Qeyd edək ki, Teves bu mövsüm oynadığı 24 matçda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu karyerası ərzində İngiltərədə “Mançester Yunayted” və “Mançester Siti”, həmçinin İtaliyada “Yuventus” kimi komandaların formasını geyinib.

Oxşar Xəbərlər