Tanınmış rəssam Vinsent Van Qoqun “Trenktaedə körpü” əsəri hərraca çıxarılıb.
“QİA.az” “Christie’s” hərrac evinə istinadən xəbər verir ki, rəsm əsəri 39,29 milyon ABŞ dollarına alıcı tapıb.
Bu lotun dəyəri 34 milyon ABŞ dolları olsa da, bütün əlavə ödənişlər nəzərə alınaraq, rəsm əsərinin yeni sahibi rəsm üçün 39,29 milyon ABŞ dolları ödəməli olacaq.
Hazırda Van Qoqun ən bahalı əsəri 1990-cı ildə “Christie’s” hərracında 82,5 milyon ABŞ dollarına satılmış “Doktor Qaşenin portreti” rəsmidir.