Mətbuat prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

İyulun 17-si saat 00:00-dan etibarən Bakı şəhərinin Mətbuat prospektində (Ə.Haqverdiyev küçəsindən A.Sultanova küçəsi istiqamətində) mərhələli şəkildə (1-ci mərhələ – A.Sultanova küçəsindən M.Rəhim küçəsinədək, 2-ci mərhələ – M.Rəhim küçəsindən B.Vahabzadə küçəsinədək və 3-cü mərhələ – B.Vahabzadə küçəsindən Ə.Haqverdiyev küçəsinədək) nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq əks istiqamətə yönləndiriləcək.

QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Oxşar Xəbərlər