“Qarabağ sakinlərinin Azərbaycanın tarixinə düşmək imkanları var. Çünki onlar ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə səs verəcəklər”.
Bunu MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun dekabrın 8-də keçirilən iclasında bildirib.
“Hesab edirəm ki, həmin ərazilərdə, məsələn, ilk dəfə səs verən ən yaşlı seçiciyə hədiyyə vermək olar. Düşünürəm ki, bunu mediada geniş şəkildə işıqlandırmalıyıq”, – o qeyd edib.