Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir. Sənəd ölkələr arasında münasibətləri tənzimləyəcək.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
“Biz bütün əvvəlki mübahisələri bağlamağa və diqqəti gələcəyə yönəltməyə çalışırıq. Biz ölkələrimiz arasında münasibətləri yaxşılaşdırmaq istəyirik. Biz Ukrayna ilə digər qonşu ölkələrlə qüvvədə olan razılaşmalar kimi qlobal əməkdaşlıq sazişi imzalamaq istəyirik”, – deyə Orban bildirib.
Baş nazir həmçinin əlavə edib ki, Budapeşt öz imkanlarına uyğun olaraq Ukrayna iqtisadiyyatının gələcək modernləşdirilməsində iştirak edəcək. Bugünkü dialoq gələcək ikitərəfli sənəd üçün əsas olmalıdır. Bütövlükdə sənəd ölkələr arasında münasibətləri tənzimləməli olacaq, onun əsasını isə Ukrayna ilə Macarıstan arasında ikitərəfli münasibətlərə güzgü yanaşması təşkil edəcək.