Magistraturaya informatika üzrə yenilənmiş qəbul proqramı 2021-ci ilin əvvəllərində təqdim olunacaq

Dek 8, 2020

Magistraturaya informatika üzrə yenilənmiş qəbul proqramı 2021-ci ilin əvvəllərində “Magistr” jurnalının 1-ci sayında bakalavrlara təqdim olunacaq.

Bu barədə QİA.AZ-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Qeyd edək ki, DİM ali təhsil müəssisələrinin magistratura səviyyəsinə informatika üzrə qəbul imtahanı proqramında dəyişiklik edərək “Windows 10” əməliyyat sisteminə keçid etməyi qərara alıb. Dəyişiklik hələ ki əməliyyat sistemini əhatə edir. Növbəti illərdə qəbul proqramının digər hissələrinin və ofis paketinin də yenilənməsi nəzərdə tutulur.

Oxşar Xəbərlər