Ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyat prosesinə dəstək olmaq üçün iyulun 16-dan alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb.
Təhsil Nazirliyindən QİA.AZ-a bildirilib ki, alternativ qeydiyyat mərkəzləri bayram günləri qeyri-iş günü olmasına baxmayaraq fəaliyyət göstərəcək.
Alternativ qeydiyyat mərkəzləri aşağıdakı ünvanlarda yaradılıb:
– Bakı şəhər Nərimanov rayonu 39 nömrəli tam orta məktəb – Ünvan: A.Molla Cümə küç., 24;
– Bakı şəhər Yasamal rayonu 53 nömrəli tam orta məktəb – Ünvan: Z. Xəlilov küçəsi 35;
– Bakı şəhər Yasamal rayonu 225 nömrəli tam orta məktəb – Ünvan: Ə. Ələkbərov küçəsi 507/511;
– Bakı şəhər Səbail rayonu 7 nömrəli tam orta məktəb – Ünvan: Ü. Hacıbəyov küçəsi 28;
– Sumqayıt şəhər 36 nömrəli tam orta məktəb (yeni binası) – Ünvan: 20 Yanvar küçəsi 14/6;
– Abşeron rayonu Xırdalan şəhər 3 nömrəli məktəb-lisey – Ünvan: Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi;
– Gəncə şəhər 1 nömrəli tam orta məktəb – Ünvan: İ.Qayıbov küçəsi 2.
Alternativ qeydiyyat mərkəzlərinin bayram günlərində də fəaliyyəti nəzərdə tutulur.
Qeyd edək ki, ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyat prosesi iyulun 22-dək davam edəcək. Müraciət üçün portal.edu.az portalında qeydiyyatdan keçdikdən və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyatla bağlı suallar yaranarsa, 146 “Qaynar xətt” nömrəsinə də müraciət etmək mümkündür.