Magistraturaya qəbul üzrə müsabiqə şərtləri açıqlanıb

Apr29,2021

Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul üzrə müsabiqə şərtlərini açıqlayıb.

Dövlət İmtahan Mərkəzindən QİA.AZ-a verilən xəbərə görə, qəbul imtahanındakı bəzi ixtisaslaşmalar üçün həmçinin qabiliyyət imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra DİM tərəfindən elan olunan müddətdə aparılır. İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək).

İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar.

Tədrisi ingilis (alman) dilində  olan ixtisaslaşmaların dövlət sifarişi üzrə  ayrılmış  yerlərini seçmək üçün bakalavrın qəbul imtahanında ingilis (alman) dilindən topladığı bal 20‐dən, ödənişli yerlərini seçmək üçün isə 15‐dən az olmamalıdır.

 Magistratura üzrə ixtisaslar qrupunun (ixtisasın) adı**İmtahanın nəticəsinə qoyulan minimal tələblər***
Fənlər üzrə minimal tələbİmtahan üzrə minimal bal
Fənnin adıMinimal bal
Təhsil ixtisasları qrupuTexniki və texnoloji ixtisaslar qrupuSəhiyyə, rifah və xidmət ixtisasları qrupu (Bədən tərbiyəsi və idman ixtisasından başqa)Ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür) 15   40 bal
İnformatika5
Xarici dil5
Humanitar və sosial ixtisaslar qrupu*Ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür) 15  50 bal
İnformatika5
Xarici dil5
Təbiət ixtisasları qrupuİqtisadiyyat və idarəetmə ixtisasları qrupuÜmumi intellekt səviyyəsi (məntiqi təfəkkür) 15  45 bal
İnformatika5
Xarici dil5
Mədəniyyət və incəsənət ixtisasları qrupu* Kənd təsərrüfatı ixtisasları qrupuXüsusi təyinatlı ixtisaslar qrupu Bədən tərbiyəsi və idman ixtisasıÜmumi intellekt səviyyəsi (məntiqi təfəkkür) 10  30 bal
İnformatika5
Xarici dil5

Oxşar Xəbərlər