Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzindən “QİA.az”a verilən məlumata görə, İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu aprelin 30-dan başlayıb və 8 may saat 23:59-dək davam edəcək.
6 may saat 14:15-ə olan məlumata əsasən 7352 bakalavr ərizəsini təsdiq edib. (Azərbaycan bölməsi – 6777; rus bölməsi – 575)
2021-ci ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize2) daxil olmaqla qeydiyyatdan keçirlər.
İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da http://eservices.dim.gov.az/erizemag/erize2 səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) bakalavlar imtahana qeydiyyatdan keçmiş hesab olunurlar.
İmtahan 2021-ci il mayın 26-da keçiriləcək (respublikamızda sanitar-epidemioloji vəziyyətdən asılı olaraq imtahanın vaxtı dəyişdirilə bilər).
Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.
Digər xəbərlər: