Magistraturaya sənəd qəbulu bu gün başa çatır

Fev18,2021
Dövlət İmtahan Mərkəzi

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 9-dan başlayıb və 18 fevral saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzinin Mətbuat Xidmətindən “QİA.AZ”a veriən məumata görə, Bu gün saat 10:20-yə olan məlumata əsasən 17849 bakalavr (Azərbaycan bölməsi – 16291; rus bölməsi – 1558) ərizəsini təsdiq edib.

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə aşağıdakı linkə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir (Ərizələrini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olanlar onu doldurduqdan sonra saat 17:00-dək DİM-ə yaxınlaşmalıdırlar).

(http://eservices.dim.gov.az/erizemag/erize)

İmtahan 2021-ci il fevralın 28-də keçiriləcək.

Oxşar Xəbərlər