Mahir Emreli məşqlərə başladı

Xorvatiyanın “Dinamo” klubunda (Zaqreb) çıxış edən Mahir Emrelinin zədəsi sağalıb.

QİA.az Oxu.Az-a istinadən xəbər verir ki, forvard bu gün Konfrans Liqasının 1/8 final mərhələsində PAOK-la baş tutacaq oyundan əvvəl məşqə qoşulub.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Mahir Emreli 22 rəsmi matçda beş qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar Xəbərlər