Futbol

Mahmud Qurbanov: “Neftçi”dəki yerli futbolçular zəif deyil”

“Neftçi”də yerli futbolçuların zəif olduğunu deyə bilmərəm. Bu, başqa klublara baxanda belə deyil”.

QİA.AZ“ın məlumatına görə, bunu “Nefçi-2″nin baş məşqçisi Mahmud Qurbanov əsas komanda ilə bağlı klubun rəsmi televiziyasına açıqlamasında deyib.

48 yaşlı mütəxəssis futbolda axsamaların qaçılmaz olduğunu diqqətə çatdırıb: “Biz hansısa insanın ideal olduğunu deyə bilmərik. Axsamalar olur və bu o demək deyil ki, oyunçular keyfiyyətsizdir”.

Qeyd edək ki, “Neftçi”nin baş məşqçisi Samir Abasov “Qarabağ”a 0:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur oyunundan sonra mətbuat konfransında komandasındakı yerli oyunçuların istənilən səviyyədə olmadığını söyləyib.

Əlaqəli xəbər

Back to top button