Fransa prezidenti Emmanuel Makron Drom departamentinə səfəri zamanı bir nəfər onun üzünə şillə vurub.
QİA.AZ bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.
Məlumata görə, Makron meydanda dəmir çərçivə arxasında onu gözləyən insanlara yaxınlaşıb və salamlaşmağa başlayıb. Bu zaman bir kişi prezidentə şillə vurmağa başlayıb. Mühafizəçilər dərhal hadisəyə müdaxilə edib. Hadisədən sonra iki nəfərin saxlanıldığı bildirilir.