Malayziyada peyvəndə qarşı çağırış edənlər məsuliyyətə cəlb olunacaq

Malayziya hakimiyyəti yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd vurdurmaqdan imtina edilməsi barədə çağırış edənlərin ciddi məsuliyyət daşıyacaqları barədə xəbərdarlıq edib.

“QİA.az”ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün parlamentlə iş üzrə nazir Takiyuddin Hassan bildirib.

T. Hassan deyib ki, xəbərdarlıqdan nəticə çıxarmayanlarvə COVİD-19-a qarşı vakin barədə yalan məlumat yayanlar barədə sərt tədbirlər görüləcək. Nazir bu çağırışları və yalan məlumatları ölkənin təhlükəsizliyinə təhdid kimi qiymətləndirib: “Hökumət vaksinasiya ilə bağlı yeni qanun hazırlamağı planlaşdırmır. Biz günahkarları cəzalandırmaq üçün qüvvədə olan qanunlardan istifadə edə bilərik”.

T. Hassan bu qanunlara misal olaraq qiyama çağırışın yolverilməzliyi və KİV-lərin fəaliyyətini tənzimləyən qanunları qeyd edib.

Oxşar Xəbərlər