Maldivin sabiq prezidenti partlayış nəticəsində xəsarət alıb

May6,2021

Maldiv Respublikasının keçmiş prezidenti, hazırda Xalq Məclisinin sədri Məhəmməd Naşid Maledə baş verən partlayış nəticəsində yaralanıb.

QİA.AZ RİA Novostiyə istinadla xəbər verir ki, hazırda o, xəstəxanada müalicə alır.

Partlayışın eks-prezidentin evinin yaxınlığında baş verdiyi bildirilir. Asayiş keşikçiləri yerli sakinləri partlayışın baş verdiyi əraziyə getməməyə çağırıb.

Oxşar Xəbərlər