Malidə Fransa sülhməramlılarına hücum olub, bir neçə hərbçi yaralanıb

İyn21,2021

Malidə silahlıların hücumu nəticəsində Fransa sülhməramlı qoşununun bir neçə hərbçisi yaralanıb.

QİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, onların hadisə yerindən təxliyə edilməsi üçün əraziyə helikopter göndərilib.

Məlumata görə, “Barxan” aniterror əməliyyatı çərçivəsində fəaliyyət göstərən Fransa hərbçilərinə Malinin mərkəzində yerləşən Qossi rayonunda minalanmış avtomobillə hücum edilib.

Qeyd edək ki, 2014-cü ildə Fransa Malidə antiterror əməliyyatlara başlayıb. Bu missiyanı “Sahel beşliyi”nə daxil olan dövlətlər – Burkina-Faso, Mavritaniya, Mali, Niger və Çad dəstəkləyir.

Bir müddət əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, Sahel regionunda hərbi mövcudluqlarının modelini dəyişəcəklər və “Barxan” əməliyyatı indiki kimi qalmayacaq, dəyişdiriləcək.

Oxşar Xəbərlər