MAN 3 500 işçisini ixtisar edir

Almaniyanın minik avtomobili istehsalçısı “Volkswagen” şirkətinə məxsus yük maşını istehsalçısı MAN şirkəti 2022-ci ilin sonuna qədər sosial hüquqları mümkün qədər qorunmaqla 3 500 işçisini ixtisar edəcək.

“QİA.AZ” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, buna səbəb şirkətin yenidən qurulmasıdır.

İxtisarlar MAN-in 1,7 milyard avro vəsaitə qənaət etməsinə imkan verəcək. Xatırladaq ki, bundan əvvəl şirkət əsasən Almaniya və Avstriya olmaqla müxtəlif ölkələrdəki36 min olan işçisindən 9,5 minini və yaxud 26,4%-ni ixtisar etməyi planlaşdırırdı.

Oxşar Xəbərlər