İngiltərənin “Mançester Siti” klubu Liqa Kubokunda ardıcıl dördüncü dəfə finala yüksələn ikinci komanda olub.
“QİA.AZ” xəbər verir ki, “şəhərlilər” bunu yarımfinalda “Mançester Yunayted”i 2:0 hesabı ilə məğlub edərək bacarıb.
1981 – 1984-cü illərdə “Liverpul” eyni turnirin finalında oynayıb.
Qeyd edək ki, “Mançester Siti” aprelin 25-də həlledici matçda “Tottenhem”lə üz-üzə gələcək.