“Mançester Siti” “Liverpul”un uğurunu təkrarladı

Yan7,2021
"Mançester Siti" "Liverpul"un uğurunu təkrarladı

İngiltərənin “Mançester Siti” klubu Liqa Kubokunda ardıcıl dördüncü dəfə finala yüksələn ikinci komanda olub.

“QİA.AZ” xəbər verir ki, “şəhərlilər” bunu yarımfinalda “Mançester Yunayted”i 2:0 hesabı ilə məğlub edərək bacarıb.

1981 – 1984-cü illərdə “Liverpul” eyni turnirin finalında oynayıb.

Qeyd edək ki, “Mançester Siti” aprelin 25-də həlledici matçda “Tottenhem”lə üz-üzə gələcək.

Oxşar Xəbərlər