“Mançester Yunayted” Varanı 40 milyon avroya almağa hazırdır

İyl5,2021

İngiltərənin “Mançester Yunayted” klubu İspaniyanın “Real Madrid” klubundan Rafael Varanı transfer etmək istəyir.

QİA.AZ” xəbər verir ki, bu barədə “Sky Italia” məlumat yayıb.

İngilis klubu fransız üçün 40 milyon avro təklif etdiyi halda, “Real Madrid” ən azı 70 milyon avro istəyir.

“Qırmızı şeytanlar” müqaviləsinin bitməsinə bir il qalan 28 yaşlı fransız futbolçunu almağa yaxındır.

Qeyd edək ki, Varan 2011-ci ildən “Real Madrid” futbol klubunda çıxış edir.

Oxşar Xəbərlər