“Facebook” şirkətinin banisi Mark Zuckerberqin telefon nömrəsi, şəxsi məlumatları və sosial şəbəkənin daha 533 milyon istifadəçisinin şəxsi məlumatları sosial şəbəkəyə sızıb.
“QİA.az” xəbər verir ki, bu barədə “New York Post” qəzeti bildirib.
Daha əvvəl “Business Insider” nəşri bildirib ki, feysbukun 106 ölkədən istifadəçisinin şəxsi məlumatları və telefon nömrələri internetə sızıb. Nəşrin məlumatına görə, bu informasiyanı haker forumunda dərc ediblər.
ABŞ-dan olan 32 milyondan çox sosial şəbəkə istifadəçinin, Səudiyyə Ərəbistanından 28 milyondan çox istifadəçinin, həmçinin Rusiyadan demək olar, 10 milyondan çox şəxsin məlumatları ələ keçirilib. Söhbət adlardan, yerin təyin olunması, doğum tarixlərindən və başqa məlumatlardan gedir.
Qəzet bildirib ki, Zuckerberqin şəxsi məlumatlarının itkisinə diqqəti twitter istifadəçilərindən biri yönəldib. O, öz hesabında “Facebook”un banisinin şəxsi məlumatlarının göstərildiyi skrinşotu paylaşıb.
“İtkiyə gəlincə, söhbət 533 milyon insanın şəxsi məlumatından gedir. İstehza doğuran budur ki, Mark Zuckerberq də həmçinin onların arasındadır”, – deyə bildirilir.
Facebook şirkəti və eyniadlı sosial şəbəkənin əsası 2004-cü ildə Mark Zuckerberq tərəfindən qoyulub.
QİA.az