Marsa insansız fəza gəmisinin ilk uçuşu 2024-cü ildə həyata keçirilə bilər.
QİA.AZ xəbər verir ki, bunu “Space X” və “Tesla” şirkətlərinin sahibi, tanınmış iş adamı İlon Mask Tvitter hesabında paylaşıb.
Bundan əvvəl İ.Mask Marsa astronavt uçuşlarını 2026-cı ildən təşkil etmək istədiklərini açıqlamışdı.
Qeyd edək ki, “Space X” şirkəti “Super Heavy” qaldırıcı raketi və “Starship” fəza gəmisindən ibarət “Starship” adlı nəqletmə sistemi vasitəsilə Yer orbitinə, Aya, habelə Marsa və daha uzağa yük və astronavtları daşımaq layihəsi üzərində çalışır.