Martın 23-də gözlənilən hava şəraiti

Mar22,2021 #Hava

Sabaha olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “QİA.az”a verilən məlumata görə martın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq,  əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. 

Mülayim cənub-qərb küləyi arabir güclənəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7 dərəcə isti, gündüz 13-17 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 753 mm civə sütununa enəcək,  nisbi rütubət  gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.   Martın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin akin gecə və axşam bəzi yerlərdə  yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı  yerlərdə  duman olacaq.  Cənub-qərb küləyi arabir güclənəcək.  Havanın temperaturu  gecə 4-8 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  5-8 dərəcə isti olacaq.  Tibbi-meteoroloji proqnozMartın 23-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi  meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər