Martın 8-də  gözlənilən hava şəraiti

Mar7,2021

Sabaha olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin “QİA.az”a verdiyi məlumata görə martın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə isti,  gündüz  5-7 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 5-7 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət  70-80 faiz olacaq.   

Martın 8-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-6 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 6-9 dərəcə şaxta, gündüz  0-3 dərəcə şaxta olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var. 

Tibbi-meteoroloji proqnoz:

Martın 8-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.  

QİA.AZ

Oxşar Xəbərlər