Masallıda yeraltı qazıntı zamanı zədələnən qaz borusundakı qəza aradan qaldırılıb

Masallı rayonunda yeraltı qazıntı zamanı zədələnən qaz borusundakı qəza aradan qaldırılıb.

QİA.az “Report”-a istinadən xəbər verir ki, artıq rayonun Səmidxan kəndində 800 abonentin qaz təchizatı bərpa olunub.

Qeyd edək ki, sözügedən kənddə yeraltı kabelin çəkilməsi üçün qazıntı işləri aparılan zaman diametri 160 millimetrlik boru zədələnib. Nəticədə 800 abonentin qaz təminatı dayandırılmışdı.

Oxşar Xəbərlər