Asiya İnkişaf Bankı (ADB) Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla təşkil olunmasına töhfə verməkdən məmnundur.
QİA.az “Report”un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata istinad ilə xəbər verir ki, bunu ADB prezidenti Masatsuqu Asakava Gürcüstanın paytaxtında Bankın 57-ci illik toplantısı çərçivəsində keçirilən mətbuat konfransında deyib.“Biz artıq bu tədbirlə bağlı təkliflərimizi təqdim etmişik. Neft hasil edən ölkə olan Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsi çox vacibdir”, – o vurğulayıb.
M.Asakava əlavə edib ki, bu tədbirin keçirilməsi Azərbaycanın enerji keçidinə sadiqliyini nümayiş etdirir:“Azərbaycan böyük neft və qaz istehsalçısıdır. Buna görə də ölkənin qalıq yanacaqlarından bərpa olunan enerji mənbələrinə rəvan keçidi necə təmin edəcəyini müzakirə etmək üçün COP29-a sədrlik etməsi vacibdir. Bu, həm də ADB üçün prioritet məsələdir”.Xatırladaq ki, bu ilin noyabrında Azərbaycanda COP29 keçiriləcək.