Maşın 3 piyadanı birdən vurdu

Fev21,2021

Zaqatalada üç piyadanı minik avtomobili vurub.

“QİA.AZ” xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunda baş verib.

Şəki rayon sakini, 1997-ci il təvəlldlü Murad Vüqar oğlu İsayev, Zaqatala rayonu Yeni Suvagil kənd sakinləri 2001-ci il təvəllüdlü Turan Murad oğlu Musayev və 1996-cı il təvəllüdlü Nail Kənan oğlu Eyvazov minik avtomobili tərəfindən vurulub. Qəza zamanı xəsarət alan piyadalar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Piyadaların vəziyyətlərinin orta-ağır olduğu və müalicələrinin xəstəxanada davam etdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər