Amerikalı sahibkar və milyarder İlon Mask gələcəkdə ABŞ-nin federal büdcəsinin yalnız borclar üzrə faizləri ödəməyə kifayət edəcəyini bildirib.
Bu barədə o, sahibi olduğu “X” sosial şəbəkəsində paylaşım edib.
Mask Şibetoşi Nakamotonun ictimai yazısını şərh edərək, ironiya ilə qeyd edib ki, ABŞ hakimiyyəti milli borcla bağlı problemlərə baxmayaraq, hələ də onu əsas problem hesab edir.
“Aydındır ki, bu mənim günahımdır”, – deyə Mask zarafat edib.
Eyni zamanda o qeyd edib ki, Vaşinqton baş verənlərlə bağlı nə isə etməlidir:
“Əks təqdirdə, bütün federal büdcə faiz ödənişlərini ödəmək üçün istifadə ediləcək və başqa heç bir şey qalmayacaq!”Sahibkar paylaşımına həmçinin “CNBC” televiziya kanalının ABŞ-nin dövlət borcunun hər yüz gündə bir trilyon dollar artmasından bəhs edən materialının linkini də əlavə edib.