Mayın 6-dan jurnalistlərə vaksinin ikinci dozası vurulacaq

May4,2021 #jurnalist #vaksin
jurnalistlər vaksinasiya

May ayının 6-dan Azərbaycan Mətbuat Şurasında “COVID-19” əleyhinə vaksinasinin birinci dozasının tətbiq edildiyi jurnalistlərə vaksinin ikinci dozası tətbiqinə başlanılacaq.

Bu barədə “QİA.az”a Mətbuat Şurasından məlumat verilib.

Aprel ayının 9-da vaksinasiyadan keçmiş media təmsilçiləri üçün ikinci doza may ayının 6-da, aprelin 12-i və 13-ü tarixlərində birinci doza tətbiq edilmiş jurnalistlərə aprelin 16-da ikinci doza tətbiq ediləcək.

Aprelin 26-da vaksinin birini dozası tətbiq edilən jurnalistlərlə bağlı isə əlavə məlumat veriləcəkdir.

Qeyd edək ki, vaksinasiya Mətbuat Şurasının binasından keçiriləcəkdir.

Oxşar Xəbərlər