PSJ-nin hücumçusu Kilian Mbappe klub prezidenti Nasser Əl-Xəlaifi ilə dalaşıb.
İnsident Fransa Liqa 1-in 33-cü turunda PSJ və “Tuluza” komandalarının qarşılaşdığı (1:3) matçdan əvvəl yaşanıb.
Komandalar Parisdəki (Fransa) “Park de Prens” stadionunda çıxış ediblər.
Matçdan əvvəl Əl-Xəlaifi Mbappe ilə görüşüb və Kiliandan niyə vida videosunda onun adını xüsusi qeyd etmədiyini soruşub. Bundan sonra dava düşüb və qışqırıqlar eşidilib.
Xatırladaq ki, Mbappe 2017-ci ildən Paris klubunda çıxış edir. Forvard bu yay azad agent kimi komandadan ayrılacaq.