Mbappe “Real Madrid”i xilas edə bilmədi: “Malyorka” ilə ilk matçda xallar bölündü

İspaniya Premyerasının 1-ci turunda “Malyorka” və “Real Madrid” komandalarının qarşılaşması başa çatıb.

Oxu.Az xəbər verir ki, oyun Palma de Malyorkada yerləşən “Son Moih” stadionunda keçirilib. Matçın baş hakimi Sezar Soto Qrado olub və oyun Bakı vaxtı ilə saat 00:30-da start götürüb. Qarşılaşma 1:1 hesabı ilə nəticələnib.

Madrid təmsilçisinin heyətində hücumçu Rodriqo 13-cü dəqiqədə fərqlənib. Ev sahiblərindən isə hücumçu Vedat Muriki 53-cü dəqiqədə qol vurub.

Qeyd edək ki, oyun bu yay “Real Madrid”ə transfer olunan yeni ulduz Kilian Mbappenin La Liqada debütü idi.

Xatırladaq ki, 2023/2024 mövsümünün sonunda Madrid klubu İspaniya Premyerasının çempionu olub. “Malyorka” isə 40 xal toplayaraq 15-ci yerdə qərarlaşıb.

Oxşar Xəbərlər