MDB dövlətlərinin gömrük orqanlarının qarşılıqlı fəaliyyəti barədə Saziş təsdiqləndi

Prezident İlham Əliyev “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

QİA.AZ-ın məlumatına görə, Qanunla Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının Aşqabad şəhərində keçirilmiş 2019-cu il 31 may tarixli iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Saziş Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilir.

Oxşar Xəbərlər