Azərbaycan karateçisi Nuran Rzazadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında ilk görüşünə çıxıb.
“QİA.AZ”ın məlumatına görə, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində Ermənistan təmsilçisi David Davtyanla qarşılaşıb.
Rəqibinə qalib gələn Rzazadə 1/4 finala yüksəlib.
Daha əvvəl Əminağa Quliyev 1/8 finalda ermənistanlı Geqam Nikoqosyanla dueldən qalib ayrııb.