Media nümayəndələri BSU-da imtahan sessiyasını izləyiblər

İyn12,2024

Bakı Slavyan Universitetində (BSU) 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının müşahidə edilməsi məqsədilə media nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.

QİA.az xəbər verir ki, media təmsilçiləri ilk olaraq BSU-nun rektoru Anar Nağıyevlə görüşüblər. Rektor Anar Nağıyev jurnalistlərə rəhbərlik etdiyi ali təhsil müəssisəsində iyunun 3-də başlanan imtahan sessiyası barədə geniş məlumat verib. Sonra media təmsilçiləri universitetin məsul şəxslərinin müşayiəti ilə Filologiya, Xarici dil müəllimliyi, Təhsil, Şərqi Avropa dilləri, Qərbi Avropa dilləri və Sosial elmlər fakültələrində imtahan sessiyasının gedişini izləyib və həmçinin tələbələrin imtahan nəticələrinin yoxlanılması prosesi ilə tanış olublar.

Bildirilib ki, BSU-da 15 ixtisas üzrə 752 imtahan keçiriləcək. Ümumilikdə 3548 tələbə imtahan verəcək. İmtahanlar mərkəzləşdirilmiş qaydada bütün ixtisaslar və tədris illəri üzrə imtahan zalında təşkil olunur. İmtahanlar 3 növbəli şəkildə keçirilir və 2 saat 15 dəqiqə davam edir. İmtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkilini, imtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerindəcə həllini təmin etmək məqsədilə universitetdə komissiya yaradılıb.

BSU-da imtahanlar iyulun 5-dək davam edəcək.

Oxşar Xəbərlər