Uşaq Bezi və Salfet Kağızı üzrə əmlak müəssisəsi üç istiqamət üzrə çalışır və uşaq bezi istehsal edir. İtaliyadan alınmış makinanın illik həcmi 150 milyondur, amma hal-hazırda bir növbə ilə çalışırıq.
QİA.az xəbər verir ki, bu sözləri jurnalistlərə Uşaq Bezi və Salfet Kağızı üzrə əmlak müəssisəsinin nümayəndəsi Zaur Vəliyev söyləyib. O, qeyd edib ki, müəssisənin istehsal etdiyi uşaq bezləri uyğunluq sertifikatına malik olmaqla gigiyenikdir. Məhsulun yoxlanılması üçün burada Almaniyadan gətirilmiş xüsusi laboratoriya da fəaliyyət göstərir. Z.Vəliyev laboratoriyada bu sahənin peşəkar mütəxəssislərinin çalışdığını və məhsulun beynəlxalq standartlara cavab verməklə yanaşı, xarici analoqları ilə müqayisədə ucuz olduğunu vurğulayıb.
“Tərkibində əsasən sellüloz və sap olan uşaq bezləri ilə bağlı aldığımız xammal Almaniya, ABŞ və Türkiyədən gəlir. Azərbaycanda bu xammalın istehsalı yoxdur. İkinci İtaliyanın “Perini” şirkətinin mətbəx dəsmalı istehsal etdiyi makina, üçüncü isə stolüstü salfetkalar istehsal edən makinadır. Z.Vəliyev qeyd edib ki, müəssisədə 65 işçi çalışır. Məhsullarımızın böyük hissəsini Özbəkistana ixrac edirik. Qazaxıstan və Macarıstana da məhsullarımızı ixrac etməyi düşünürük və bununla bağlı işlər aparırıq. Amma Rusiya, Polşa, Latviya kimi ölkələrə də ixracımız olub. Xammalı Amerika, Almaniya və əsasən Türkiyədən alırıq”, – deyə müəssisə nümayəndəsi əlavə edib.