Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.
“QİA.az” xəbər verir ki, paylaşımda deyilir:
“Əziz həmvətənlər!
Sizi Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə həmişə sülh, əmin-amanlıq, sabitlik, birlik və rifah hökm sürsün! Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!”.
https://www.instagram.com/p/CQIVzxGADp3/?utm_source=ig_web_copy_link