Mehriban Əliyeva Sabir Zeynalovu bürünc medal qazanması münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanmış Azərbaycan parataekvondoçusu Sabir Zeynalovu təbrik edib.

QİA.az xəbər verir ki, Mehriban Əliyeva bu barədə “Instagram” hesabında yazıb:

“Parataekvondoçu Sabir Zeynalov Paris-2024 Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırdı! Bürünc mükafatçını səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”

Oxşar Xəbərlər