Meksika milyarderi, adı “Forbes”in siyahısına düşmüş Rikardo Salinas Plieqo koronavirusdan sağaldıqdan sonra öz bankının müştərilərinə 1 milyon peso (46,6 min ABŞ dolları-red) paylamağa söz verib.
“QIA.AZ” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə biznesmen özünün “Twitter”dəki öz səhifəsində yazıb.
Salinas bildirib ki, uzun müddət infeksiyadan müalicə olunub, koronavirusla bağlı son analizi mənfi olub. O, bundan sonra öz bankı “Aztec”in xidmətlərdən istifadə edən insanlara pul paylamağa qərar verib.
“Bu gün mən 1 milyon peso paylamaq arzusu ilə oyandım, hansı ki, sizin “Banco Azteca” əlavənizə köçürüləcək. Onları necə bölüşmək məsələsini həll etməyə kömək edin: 1 000 peso üzrə 1 000 köçürmə, 200 peso 5 000 və ya 100 peso 10 000 peso üzrə”, – milyarder yazıb.
O, sosial şəbəkədə paylaşımı ilə bağlı səsvermə keçirib. Abunəçilər üçüncü variantı seçiblər – bankın 100 təsadüfi müştərisi 10 000 peso alacaq.
Bununla belə, bir çox istifadəçilər biznesmenin qərarından narazı qalıb. Onlar bankirin qeyri-adi aksiyasını tənqid ediblər və pulu onkologiyadan əziyyət çəkən uşaqların müalicəsini maliyyələşdirən fondlara köçürməyi təklifini irəli sürüblər.