“Meliorasiya və Su Təsərrüfatı” SCADE üsulunun tətbiqini genişləndirir

İyn3,2021

Bu gün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Tərtər rayonunda SCADE üsulu ilə quraşdırılmış subertazian quyularının təqdimatını keçirib.

“QİA.az” xəbər verir ki, yeni üsul barədə jurnalistlərə qurumun mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov məlumat verib.

Onun sözlərinə görə, indiyə qədər Tərtərdə 23 belə quyu quraşdırılıb. Bu il yeni üsulla daha 21 quyu quraşdırılacaq.

“Subartezian quyularında SCADA sistemi 2018-2019-cu illərdən tətbiq edilib. Artıq 14 rayonda bu sistemə qoşulan 517 subartezian quyusundan əkin sahələrinin suvarılmasında istifadə edilir. Bu il yeni qazılan bütün quyularda SCADA sisteminin tətbiq olunması nəzərdə tutulur. Vahid mərkəzdən idarə olunan bu sistemlə quyulara videogörüntü ilə nəzarət etmək, onları işə salmaq, suvarma başa çatdıqda söndürmək mümkündür.

SCADA sistemi əllə nəzarət, avtonəzarət və zamanlı nəzarət rejimlərində idarə olunur. Əllə nəzarət rejimi ilə subartezian quyusunu nəzarətçilər işə sala və yaxud söndürə bilərlər. Avtonəzarət rejimində isə subartezian quyusunun işə salınması və ya söndürülməsi yalnız mərkəzdən həyata keçirilir. Zamanlı nəzarət rejimində isə subartezian quyusu əvvəlcədən müəyyən olunmuş zaman müddətində işləyir, vaxt tamam olanda isə avtomatik sönür. Yeni sistemlə elektrik enerjisi sərfiyatına, quyudakı suya, dərinlik nasosuna nəzarət etmək olur, su itkisinin qarşısı alınır”, – deyə D.Şərufov qeyd edib.

Oxşar Xəbərlər