Merkel iyulun 15-də Vaşinqtona səfər edəcək

ABŞ Prezidenti Co Bayden iyulun 15-də Vaşinqtonda Almaniya Federativ Respublikasının kansleri Angela Merkeli qəbul edəcək. QİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdən məlumat veriblər.

“Prezident Bayden 2021-ci il iyulun 15-də Ağ Evdə Almaniyanın kansleri Angela Merkellə keçiriləcək görüşü səbirsizliklə gözləyir”, – açıqlamada deyilir. Bayden və Merkel bir sıra məsələlər, o cümlədən, COVID-19 pandemiyası, iqlim dəyişikliyinin təhlükələri, eləcə də beynəxalq təhlükəsizlik məsələləri üzrə əməkdaşlığı müzakirə edəcəklər.

Oxşar Xəbərlər