Messi 5-ci dəfə İspaniya çempionatının ən yaxşı bombardiri olub

“Barselona”nın futbolçusu Lionel Messi 2020/2021 mövsümündə İspaniya çempionatının ən yaxşı bombardiri olub.

“QİA.az” xəbər verir ki, Messi cari mövsümdə 30 qol vurub. “Barselona”nın hücumçusu 35 matç keçirib. Argentinalı hücumçu ardıcıl beşinci dəfədir La Liqanın ən yaxşı bombardiri sayılır.

Siyahıda ikinci yeri Kərim Benzema (“Real Madrid”) və Jerar Moreno (“Vilyarreal”) tutub. Hər iki futbolçu 23 qol vurub. Üçüncü yerdə isə 21 qolla “Atletiko”nun hücumçusu Luis Suares qərarlaşıb.

“Selta”nın hücumçusu Yaqo Aspas turnirin ən yaxşı assistenti olub. Onun hesabında 13 məhsuldar ötürmə var. Messi və “Atletiko”nun yarımmüdafiəçisi Markos Lyorente 11 məhsuldar ötürmə ediblər.

Oxşar Xəbərlər