Messi “Barselona”da tarixi nailiyyətə imza atıb

Messi "Barselona"da tarixi nailiyyətə imza atıb

İspaniya La Liqasının 19-cu turunun matçında “Barselona” “Real Sosedad” komandasını qəbul edib.

Bu barədə “QİA.AZ” “Sport.es”ə istinadən xəbər verir.

Bildirilir ki, görüş Barselonanın “Kamp Nou” stadionunda keçirilib və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Barselona”nın hücumçusu Lionel Messi “Kamp Nou”da 300-cü qələbəni qazanaraq, tarixi nailiyyətə imza atıb.

Hazırda onun hesabında İspaniya çempionatında 211, Çempionlar Liqasında 53, İspaniya Kubokunda 30 və ölkə Superkubokunda 6 qələbə var. O, “Kamp Nou”da 380 qol vurmağa nail olub.

Messi İspaniyanın cari çempionatında 12 matç keçirib, 5 qol vurub.

“Barselona” 20 xal yığaraq, İspaniya La Liqasının yarış cədvəlində 5-ci yerə yüksəlib. “Real Sosedad” 26 xalla 2-ci yerdə qərarlaşıb. Turnir cədvəlinin lideri 11 matçda 26 xal yığmış Madrid “Atletiko”sudur.

Oxşar Xəbərlər