Messi Peleyə məxsus rekordun bir addımlığındadır

İyl4,2021

Argentina millisinin futbolçusu Lionel Messi yığmada vurduğu top sayında rekordun bir addımlığındadır.

QİA.AZın məlumatına görə, 34 yaşlı hücumçu braziliyalı Peleyə məxsus 77 qolluq Cənubi Amerika rekordunu təkrarlaya bilər. O, Amerika Kubokunun 1/4 final mərhələsində Ekvadoru 3:0 hesabı ilə yendikləri oyunda son nöqtəni qoyub. Beləliklə, Messi yığmadakı 149-cu matçında qol sayını 76-ya çatdırıb.

Təcrübəli forvardın aktivində 51 məhsuldar ötürmə də var. Pele isə 77 qolu 91 oyuna vurub.

Qeyd edək ki, Argentina yığması Amerika Kubokunun yarımfinalında Kolumbiya ilə üz-üzə gələcək. Görüş iyulun 7-də keçiriləcək. İyulun 6-da isə Braziliya və Peru milliləri arasında digər 1/2 final görüşü keçiriləcək.

Oxşar Xəbərlər