İspaniyanın “Barselona” futbol komandası növbəti dəfə ölkə Kubokunun sahibi olub.
“QİA.az” xəbər verir ki, Niderlanddan olan mütəxəssis Ronald Kumanın yetirmələri final matçında “Atletik”i darmadağı edib.
Sevilyanın “Olimpiya” stadionunda boş tribunalar qarşısında keçirilən görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qaliblərin heyətində Antuan Qrizmann, Frenki De Yonq və Lionel Messi (dublla) fərqlənib.
Məlumata görə, bu, argentinalı hücumçu üçün 35-ci mükafat olub.
Messi 10 dəfə İspaniya çempionatının qalibi olub, o, habelə 8 dəfə ölkənin Superubokunu başı üzərində qaldırıb və 7 dəfə Milli Kubok yarışında qalib olub.
Bununla yanaşı, İspaniya kubokunda qolların sayına görə, tarixi rekorda imza atıb. O, 2020/21 mövsümünün finalındakı dublu ilə İspaniya Kubokunun 10 həlledici matçında 9 qola imza atıb. Beləliklə, argentinalı forvard “Atletik”in futbolçusu Telmo Sarranın rekordunu üstələyib. Sonuncunun aktivində 8 qol olub.
QİA.az