Metronun “28 May” stansiyasında qatar yoluna düşən sərnişin (cinsi kişi) ölüb. Onun 65-70 yaşının olduğu təxmin edilir.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Hadisə ilə əlaqədar xətlərdə yubanma olub, onun meyiti qatar yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunub.

Hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür.

13:36

Bakı metrosunun “28 May” stansiyasından üzü “Həzi Aslanov” stansiyası istiqamətində gedən qatar yolunda sərnişin relslərin üzərinə yıxılıb.

Oxu.Az-ın məlumatına görə, yaranan vəziyyətlə əlaqədar xətlərdə yubanma var.

Bildirilir ki, qatar həmin şəxsin üstündən keçib, lakin onun vəziyyəti hazırda məlum deyil.

Məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Oxşar Xəbərlər